18 fevral 2020, çərşənbə axşamı
.
.

REDAKTOR SEÇİMİ

FAM Group Media
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Səsli xəbərlər
FAM Group Media
  • ƏN ÇOX BAXILANLAR
  • YENİ ƏLAVƏ OLUNANLAR
FAM Group Media
photo_camera
Tarixdə bu gün
Tarixdə bu gün baş vermiş əhəmiyyətli hadisələr
  • 1911-ci il. İlk rəsmi aviapoçt reysi həyata keçirilib. Hindistanda Allahabaddan Nainiyə qədər 13 kilometr məsafədə Anri Pike təyyarə ilə 6,5 min məktub və 250 xüsusi açıqca gətirib. Məktubların üstündə vurulan möhürdə “İlk hava poçtu. Birləşmiş Milli Sərgi. Allahabad.1911” (First aerial post. U. P. Exhibition. Allahabad. 1911) yazılıb. 1911-ci il. İlk rəsmi aviapoçt reysi həyata keçirilib. Hindistanda Allahabaddan Nainiyə qədər 13 kilometr məsafədə Anri Pike təyyarə ilə 6,5 min məktub və 250 xüsusi açıqca gətirib. Məktubların üstündə vurulan möhürdə “İlk hava poçtu. Birləşmiş Milli Sərgi. Allahabad.1911” (First aerial post. U. P. Exhibition. Allahabad. 1911) yazılıb.
  • 1967-ci il. ABŞ-da atom bombasının “atası” hesab edilən Robert Oppenheymer vəfat edib (1904-1967). İkinci Dünya müharibəsi zamanı nüvə silahı istehsalı üçün həyata keçirilən Manhetten layihəsinin elmi rəhbəri olub. 1967-ci il. ABŞ-da atom bombasının “atası” hesab edilən Robert Oppenheymer vəfat edib (1904-1967). İkinci Dünya müharibəsi zamanı nüvə silahı istehsalı üçün həyata keçirilən Manhetten layihəsinin elmi rəhbəri olub.
  • 1931–ci il. Xalq şairi Nəriman Həsənzadənin doğum günü. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. O, epik-dramatik poemalar müəllifi kimi də tanınır. “Bütün Şərq bilsin”, “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” mənzum pyesləri bir sıra teatrlarda səhnələşdirilib. 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir, 100-dən çox şeirinə mahnı bəstələnib. 1931–ci il. Xalq şairi Nəriman Həsənzadənin doğum günü. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. O, epik-dramatik poemalar müəllifi kimi də tanınır. “Bütün Şərq bilsin”, “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” mənzum pyesləri bir sıra teatrlarda səhnələşdirilib. 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir, 100-dən çox şeirinə mahnı bəstələnib.
  • 2009-cu il. “Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” mədəniyyət ilinin təntənəli açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “İslam mədəniyyəti paytaxtları” proqramı barədə qətnamə ISESCO-nun təklifi ilə İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş III konfransında qəbul edilib. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı olub. 2009-cu il. “Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” mədəniyyət ilinin təntənəli açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “İslam mədəniyyəti paytaxtları” proqramı barədə qətnamə ISESCO-nun təklifi ilə İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş III konfransında qəbul edilib. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı olub.
Tarixdə dünən
Tarixdə dünən baş vermiş əhəmiyyətli hadisələr
  • Today in History 2002-ci il. Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb. Bu pul vahidi 641 il tədavüldə olub. 2012-ci il fevralın 17-də Fransada frankın avro ilə əvəzlənməsi prosesi başa çatıb. Həmin gün ölkədə “frankın dəfn günü” elan edilib.
  • Today in History 1854-cü il. Böyük Britaniya Afrikadakı müstəmləkəsi olan çəhrayı respublikanın - indiki Cənubi Afrika Respublikasının müstəqilliyini tanıyıb. Bu, Afrika qitəsində müstəqillik əldə etmiş ilk dövlət idi.
  • Today in History 1856-cı il. Alman mütəfəkkiri və şair Henrix Heyne vəfat edib (1797-1856). H.Heyne öz əsərləri ilə gündəlik alman dilini inkişaf etdirərək, onu lirik səviyyəyə çatdırıb, felyeton və səyahət xəbərlərini ədəbi dillə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə verib. Onun ilk şeirləri 1816-cı ildə Hamburqda “Froydhold Rizenharf” təxəllüsü ilə çap olunub. “Henrix Heyne” kimi ilk şeiri isə 1821-ci ildə Berlində işıq üzü görüb. 1825-ci ildə Qöttinqendə hüquq üzrə doktor elmi dərəcəsi alan H.Heyne hüquqşünas kimi uğur qazanmaq üçün protestant kilsəsində xristianlığı qəbul edərək adının önünə “Kristian” adını əlavə edib və bunu uzun illər gizli saxlayıb.
  • Today in History 1992-ci il. Azərbaycanın tanınmış şairi, Əməkdar İncəsənət Xadimi Mədinə Gülgün vəfat edib (1926-1992). M.Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə nəşr olunub. Şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Könlümü ümidlər yaşadır” və digər şeir kitabları çapdan çıxıb.
  • Today in History 1201-ci il. Azərbaycanlı astronom, riyaziyyatçı, filosof, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi Nəsirəddin Tusi anadan olub (1201-1274). N.Tusinin yüzdən artıq ciddi əsəri elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunub. Onun yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı məşhur əsəri ilə, həmçinin Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb. Dörd hissədən ibarət “Zici-İlxani” (“İlxanilərin astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya astronomiya tarixinə yazıb. Görkəmli filosof hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabada dəfn olunub. Qəribədir ki, sərdaba 1201-ci il fevralın 17-də tamamlanıb. Həmin gün isə N.Tusi anadan olub.
  • Today in History 1863-cü il. İsveçrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib. Bu qurum Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının ayrılmaz üzvüdür. 1920-ci ildə regionda ilk dəfə Azərbaycanda Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti yaradılıb.
  • Today in History 1992-ci il. Ermənilər Xocavənd rayonunun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800 nəfərdən çox sakini olan bu qədim Azərbaycan kəndinin əhalisinin 118 nəfəri əsir götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqlayıblar. Ümumilikdə, əsir götürülənlərdən 68-i öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan beş nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən dörd nəfər, altı ailədən iki və üç nəfər öldürülüb. 43 ailə başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər on nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, onu qadın, səkkizi isə məktəbli olub.
Amerikanın Dakota əyalətində qızıldərili geyimi

FAM Group Media X