1. MARAQLI

Instagramı "sındıran" unikal Azərbaycan səhifəsi

Instagramı "sındıran" unikal Azərbaycan səhifəsi

Instagramı "sındıran" unikal Azərbaycan səhifəsi

Müasir dövrü və xüsusən gəncliyi sosial şəbəkələrsiz, özəlliklə də facebook və instaqramsız təsəvvür etmək mümkün deyil. Dünyanın hər guşəsindən 100 milyonlarla insanın qoşulduğu, gündəlik izlədiyi, şəxsi və ictimai məzmunlu məlumatlar paylaşdığı sosial şəbəkələrin söz yox ki, bir çox üstünlükləri var. Böyük bir kütləni cəmləşdirə bilir, müxtəlif şirkətlər burdakı imkanlardan reklam işlərini, xidmət qurumları öz servislərini təqdim edir, yazarlar öz əsərlərini oxucuları ilə bölüşür, sənətçilər pərəstişkarları ilə əlaqə yarada bilir və s.

Instagram 2010-cu ildə San-Fransiskodan olan Kevin Sistrom və Mayk Kriqer tərəfindən yaradılıb. İlk vaxtlar proqressiv gənclərin fotolarını paylaşdıqları sadə bir şəbəkə kimi fəaliyyətə başlayan Instaqram ilbəil böyüyərək milyonlarla insanı əhatə etməyə başladı.

2012-ci ildə Facebook tərəfindən alınan bu şəbəkə bu gün müxtəlif məzmunlu materialların, foto, video çəkilişlərin paylaşıldığı, dost , tanış və yaxınlarla əlaqə qurduğumuz, şirkətlər, xidmət sahələri üçün bizneslərini yaymaqda reklam və tanıtım məkanı olan geniş sosial platformadır.

Instagram bütün sosial şəbəkələr kimi video məzmununa xüsusi diqqət yetirir, çünki bu format dünyada daha çox populyarlıq qazanır.

Şirkətin müəyyənləşdirdiyi qaydalara görə:

Əsas lentdəki video - 3 ilə 60 saniyə arasında,

Hekayə lentindəki video - 15 saniyə,

Canlı video - isə maksimum 60 dəqiqə ola bilər.

Burada yeganə istisna IGTV video hostinqinə aiddir ki, bu, korporativ qaydada özəl olaraq tənzimlənir.

Beləliklə, Instagramın qaydalarına əsasən, burada maksimum 1 dəqiqəlik videolar yerləşdirmək mümkündür.

Ancaq bu dünyaca ünlü platformanın qeyd olunan qaydasını ilk və son dəfə ölkəmizdə fəaliyyət göstərən saytın əməkdaşları "pozmağı" bacarıb.

Bunu edən isə Ens.az saytının rəsmi səhifəsi olub. Bu hadisə nəinki Azərbaycan, ümumilikdə dünya üzrə Instaqram seqmentində baş vermış yeganə unikal hadisədir.

Bu barədə az sonra geniş məlumat verəcəyik. Hələlik isə Ens.az saytını yaxşı tanımayanlara qısa məlumat verək.


Ens.az 4 dildə xəbər və ensiklopedik məlumat saytıdır. Saytın yaradılmasında məqsəd ictimaiyyəti, xüsusilə də gənc nəsli müasir dövrün tələbələrinə və çağırışlarına uyğun informasiya və bilgilərə tanış etmək, onların maarifləndirilməsi istiqamətində fəaliyyət göstərməkdir.

Sayt son illərdə dəb halını almış ucuz sensasiya xatirinə keyfiyyətsiz, ictimai mənafe baxımındam zərərli, əsaslı məzmun daşımayan xəbərləri, dedi-qodu xarakterli yazıları birmənalı şəkildə yerləşdirmir. Ens.az -da habelə sifarişli yazılar, qəzalar, ölüm və bu kimi kriminal xəbərlər də verilmir. Saytın əsas xətti maarifləndirmə olduğu üçün siyasi xarakterli yazılara da yer ayrılmır.

Saytın xəbər blokuna gündəlik 300-400 xəbər əlavə olunur, digər media saytlarında olmayan məqalələr də tərcümə edilərək oxuculara çatdırılır. Yalnız son 6 ay ərzində ensiklopediya hissəsinə 15 mindən çox məqalə hazırlanaraq əlavə olunmuşdur.

Sayt informasiya ilə yanaşı elm, səhiyyə , texnologiya və ümumi dünyagörüşü ilə bağlı maarifləndirici bilgilərin sayına və məzmun dəyərinə görə ölkəmizin internet məkanında öncül yerlərdən birini tutur.

Burada müasir texnologiyalar barədə məlumat verilmir, həmçinin onun imkanlarından səmərəli şəkildə yararlanılır. Saytda səsli xəbərlər bloku var ki, "tənbəl" oxuculara və yaxud səsli məlumat həvəskarları üçün belə bir unikal imkan təqdim olunur.

Ens.az-ın əhatə arealı və populyarlığı günü-gündən artır. Facebook səhifəsinin 70 mindən artıq izləyicisi, 3-4 min bildiriş abunəçiləri, 200 minlik ən aktiv xəbər qrupu və onlarla könüllü yazarın olması bunun bariz nümunəsidir. Aylıq səhifələnmə 3 milyonu ötür.

Qeyd etdiyimiz kimi, Ens.az saytı əsas platforması ilə yanaşı, sosial şəbəkələrdən də istifadə edərək maraqlı məlumatları geniş ictimaiyyətə təqdim edir. Bu istiqamətdə əsas yerlərdən birini söz yox ki, rəsmi İnstaqram səhifəsi tutur.

2019-cu ilin fevral ayında Ens.az-ın İnstaqram səhifəsi ilə bağlı yuxarıda bəhs etdiyimiz olayın isə maraqlı tarixçəsi var.

Bildiyiniz kimi, əksər platformalar kimi İnstagram da öz sistemində boşluqlar, çatışmazlıq, xəta və ya elan olunmuş strukturla uyğun gəlməyən nəsnələr barədə onları məlumatlandırmağı xahiş edir, belə bir halı aşkarlayıb məlumat verənlərə isə bunun müqabilində ciddi pul mükafatı belə təqdım edir.

Əslində menecmentlik nöqteyi-nəzərindən olduqca müsbət sayılan bu qayda sistem boşluqlarını vaxtında tapıb üzə çıxarmağa və operativ qaydada aradan qaldırmağa gözəl fürsət yaradır , sistemin ümumi təhlükəsizliyini təmin etməyə töhfə vermiş olur.

Ens.az-ın texniki heyəti məhz belə bir ciddi boşluğu müəyyən edərək, İnstagramın texniki bölməsini məlumatlandırır və "sübut" üçün müddəti 1 dəqiqədən artıq olan bir neçə video-nu yerləşdirir.

 

Qısa müddətdən sonra tələsik cavab gəlir ki, bu, elə də ciddi məsələ deyil. Daha sonra Ens.az bu barədə ingilis dilində Facebook üzərindən paylaşım edir. Yalnız bundan sonra ciddi araşdırma aparılır və heyətimizin haqlı olduğu və ciddi texniki çatışmazlığın həll olunmadığı təsdiqini tapır.

 

Bəlli olur ki, sistemdə təhlükəsızlık üçün ciddi təhdid rolu oynaya biləcək texniki boşluq var və bunu məhz Azərbaycandan olan proqram təminatçıları aşkara çıxarıblar. Dərhal texniki qüsur aradan qaldırılır. Səhifəmizə bununla bağlı minnətdarlıq edilir.

Ens.az-ın İstaqram səhifəsi hər gün yeni-yeni, maraqlı məlumatlarla insanlara xidmət edir. Bizim səhifəmizi izləməklə müxtəlif sahələrə - elmi, tibbi, texniki , sosial və s. ilə bağlı bir-birindən maraqlı məlumatlarla tanış ola bilərsiniz. Səhifəmizin bir üstünlüyü də bu məlumatların etibarlı mənbələr əsasında hazırlanması və sadə, anlaşıqlı dildə yazılmasıdır.

Odur ki, səhifəmizə qoşulmağa tələsin !!!

 

 
 
 
Посмотреть эту публикацию в Instagram

Публикация от Ens.az (@ens_az)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR