26 may 2020, çərşənbə axşamı
.
.
chevron_left chevron_right
TEXNOLOGİYA

Koronavirusdan ölmə şanslarını göstərən sayt yaradılıb

Koronavirusdan ölmə şanslarını göstərən sayt yaradılıb

123 Baxış
Koronavirusdan ölmə şanslarını göstərən sayt yaradılıb

" Corona Dononic Panic, SARS-CoV-2 virusunun sizin üçün nə qədər təhlükəli olduğunu hesablayacaq və bunun həyatınızda ən böyük təhdid olmadığını göstərəcəkdir. Saytımızı tərk etmədən şansları hesablaya bilərsiniz" - saytın tanıtma bölümü bu sözlərlə başıanır.

Koronavirusdan ölmək şansları

Covid-19 pandemiyası bir çox insanda ciddi panikaya səbəb olub. Həddindən artıq çox məlumat və elmi xəbərləri saxtalardan ayırmaq üçün lazımi ekspertizanın aparılmaması , sıxıcı bir qeyri-müəyyənlik hissi yaradıb. Patogenin məhz sizin üçün nə qədər böyük bir təhlükə olduğunu başa düşmək mümkün deyil.

İnternetdə bir təhlükə həddini hesablayan kifayət qədər xidmətlər var. Ancaq onlardan çoxu, mənfi göstəriciləri əsassız olaraq şişirdir, insanlarda təlaş hissini yüksəldir ki, onlardan istifadə tövsiyə olunmur. Koronavirusdan ölmək şansınızı hesablayacaq mənbələrdən biri də budur - Corona Panic. Ancaq bu sayt digərlərindən müsbət mənada fərqlənir.

Məlumat bilmək istəyirsinizsə, yaşınızı , cinsinizi və yaşadığınız ölkəni daxil etməlisiniz. Bundan başqa, diabet, xərçəng, ürək-damar və ya xroniki tənəffüs xəstəlikləri varsa, onalara dair tarixçə də qeyd olunmalıdır. Səhifənin sağındakı ayrıca bir sahədə, xəstə, ölən və sağalmışların sayı, habelə koronavirusdan ümumi ölüm nisbəti haqqında faktiki məlumatlar göstərilir.

Nəticə daha sonra təbii fəlakətlər, hava qəzaları və ya avto qəzalar kimi digər ölüm faktorları ilə müqayisə olunur. Məsələn, saytın məlumatına görə, "ağırlaşdırıcı amillər, yəni digər ciddi bir xəstəlik yoxdursa " 30 yaşında bir kişi üçün boğulma ehtimalı koronavirusdan ölmə şansından üç qat çoxdur: 0,67% -ə qarşı 0,2%.

Əslində, "Corona Donica Panic" daha çox yumoristik bir saytdır. Bunu səhifənin ən yuxarısında olan rədd cavabı da göstərir: “Bu sayt koronavirus ətrafında yatanmış panikaya qarşı çıxır. Müəyyən bir təhlükədən ölmək şansınızı heç kim bilmir, amma tualet kağızı almağı dayandırın! "

Buna baxmayaraq, hesablamaların nəticələri etibarlı elmi məlumatlara - ÜST missiyası və Çin hakimiyyət orqanlarının 55.924 laboratoriya ilə təsdiqlənmiş hallar barədə məlumatları əks etdirən birgə hesabatına əsaslanır. Hesablama metodologiyasına ayrı-ayrı ölkələr üzrə ölüm məlumatları da daxildir.

 

Sayt: https://coronadontpanic.com/


Tərcüməçi: Fəxri Qocayev


Mənbə: naked-science.ru




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ
Oxşar xəbərlər

X