22 fevral 2020, şənbə
.
.
chevron_left chevron_right
MARAQLI

Sosial məsuliyyətsizlik müasir cəmiyyətin əsas problemi kimi

Sosial məsuliyyətsizlik müasir cəmiyyətin əsas problemi kimi

250 Baxış
Sosial məsuliyyətsizlik müasir cəmiyyətin əsas problemi kimi

Həyatın ilk illərindən qayğıkeş valideynlər uşaqlarına sadə bir düşüncəni aşılamağa çalışırlar: hər bir əməl sözün həqiqi mənasında müəyyən nəticələr doğurur. "Ananıza kömək edin", "oyuncaqları yığışdırın" - müsbət nəticə olduqda "sənə halaldır" " anan səni tərifləyəcək " kimi tərifli ifadələrə və yaxud dadlı konfetlə mükafatlandıracaq kimi vədlər. Oyuncaqları hara gəldi səpələdikdə, anasına qulaq asmayıb özünü pis aparanda isə - küncdə dayan və öz davranışın barədə düşün. Amma son illər belə fikir yaranır ki, ölkəmizi çox pis tərbiyə olunmuş insanlar bürüyüb.

Hamənib adamlar etiket qaydalarını bilirlər, məharətlə danışırlar, səliqəli və zövqlə geyinirlər. Ancaq onların fəaliyyətinin nəticələri valideynlərinin vaxtilə onlarda etdiklərinə görə məsuliyyət daşımaqla bağlı lazımi qaydada dərs keçdiklərinə şübhə yaradır. Belə ki, sosial məsuliyyətsizlik cəmiyyətin bütün təbəqələrini bürüyüb və artıq davranış normasına çevrilib.

Məsuliyyətsizlik həyat norması kimi 

Biz artıq öyrəşmişik ki, şirkət rəhbərləri cəmiyyətdəki proseslərə laqeyd yanaşır, yalnız şəxsi gəliri barədə düşünür. Məmurlar isə büdcəni talayaraq xalqa məxsus pulları ölkə və şəhərlərin xeyrinə deyil, özlərinin lüks həyatına və investisiyalarına xərcləyirlər. Təhsil müəssisələri bilik vermir, verilən qiymətlər isə müəllimə verilən “hədiyyələrin” ölçüsündən asılı olur. Biz sanii buna adət etmişik və ictimai məsuliyyətsizliyin bariz nümunələrinə diqqət yetiririk. Amma qəlbimizdə qorxu da ypx deyil: bir gün məsuliyyətsiz cəmiyyət məhv olacaq, axı onun təməli hər keçən gün daha da sarsılır və zəifləyir. Fəlakətdən sonra bizim vəziyyətimiz necə olacaq?

Təhlükəsizliyin olmaması 

Öz vəzifəsini yerinə yetirmək istəməmək, tapşırılmış işə olan məsuliyyətsiz münasibət itkilərə, qəzalara, bəzən isə daha dəhşətli nəticəyə - həyat itkisinə səbəb olur. Son illər baş verən faciəvi hadisələri hələ də unutmamışıq. Məsuliyyətsizlik zənciri faicəvi nəticələrə səbəb olur, amma hər kəs - şirkət rəhbərlərindən tutmuş məmurlara qədər məsuliyyətli olsa, faciələrin qarşısını almaq olar.

Nəticələri anlamamaq

Biz bu gün elə yaşayırıq ki, elə bil cəmiyyətimizin gələcəyi yoxdur. Hər kəs burada və indi maksimum fayda əldə etməyə çalışaraq öz əməllərinin nəticələri barədə düşünməkdən imtina edir. Universitetlərdə müəllimlər imtahan götürərkən rüşvət alırlar, nəticədə isə hazırlıqsız, savadsız “mütəxəssislər” yetişir. Ticarət şəbələrinin sahibləri dükanlarını ucuz və keyfiyyətsiz məhsullarla doldurur, bunun istehlakçıların sağlamlığına necə təsir edəcəyini düşünmürlər.

Heç birimiz gələcək haqqında düşünmək istəmirik. Səriştəsiz kimyəvi məhsul istehsalı müəssisələri, su paylayıcı şəbəkələri idarə etməyə başlayanda nə baş verəcək? İyirmi və ya əlli ildən sonra GMO ila yütişən məhsullarla davamlı qidalanan uşaqların sağlamlığı necə olacaq? Öz diplomlarını rüşvətlə almış həkimlər xəstələri müalicə edə biləcəklərmi? Kriminal aləmin idealları və dəyərlərini mənimsəmiş nəsil yetkinlik dövründə özünü necə aparacaq?

Şəxslərarası münasibətlərdə məsuliyyətsizlik 

Sosial məsuliyyətin məhvi özünü həm də insanların qarşılıqlı münasibətlərində biruzə verir. Onlar öz davranışlarına fikir verməyi, ətrafdakılara hörmət etməyi dayandırırlar. Hörmətamiz münasibət, xoşməramlılıq və qarşılıqlı yardımı eqoizm və özünü sevmək əvəz edib. 
Kobud müdir tabeçiliyində olanları ədəbsiz formada təhqir edir. İmkanlı valideynlərin uşaqları qəzalarda insanların ölümünə səbəb olur. Gənc ana uşağın tərbiyəsi ilə məşğul olmaq əvəzinə saatlarla ya seriala baxır, ya telefonla danışır, ya da sosial şəbəkələrdə vaxtını keçirir. Məktəb müəllimi şagirdi təhqir edir, bütün sinif qarşısında utandırır, bəzən isə uşaqları döyür. Bütün bunlar məsuliyyətsizliyin əlamətləridir: insanlar bütün bunların nə ilə nəticələnəyi barədə heç düşünmür.

Bu personajların gələcəyini təsəvvür etmək elə də çətin deyil. Bir gün tabeliyində olan bir adam vicdansızcasına müdiri sataraq onun yerinə keçəcək. Varlı gəncin sırtıqlığı bir gün layiq olduğu cavabla qarşılanacaq ki, bu ona baha başa gələcək. Tərbiyə olunmamış uşaq böyüyəcək və qocalmış anasının qayğısına qalmaq istəməyəcək. Bəs bu insanlar özü üçün belə bir gələcək istəyirlərmi? Görünür, onlar özlərinin neqativ əməlləri haqqında sadəcə düşünmürlər.

Məsuliyyətli insanların cəmiyyəti necə olmalıdır?

Əgər övladlarımız və nəvələrimizin gələcəyinin olmasını istəyiriksə, öz vəzifələrimizə məsuliyyətli yanaşma cəmiyyətimizdəki əsas qanuna çevrilməlidir. Bu cəmiyyətdə:

  • Hər kəs vicdanla tapşırıqları yerinə yetirir; 
    • Əgər insanın hərəkəti mənfi nəticələrə səbəb olarsa, o, buna görə tam məsuliyyət daşıyır - maddi, inzibati , cinayət və s.;
  • Əgər insan öz əməllərinə görə məsuliyyət daşımaq istəmirsə, onda cəmiyyət onun hüquqlarını məhdudlaşdırır. 

Həyata məsuliyyətli yanaşma - yetkin insanın əlamətidir. Məsuliyyətsizlik isə uşaqlar və əqli cəhətdən əlillər üçün xarakterikdir. Əgər formal olaraq yetkin bir insan öz əməllərinin nəticələrinə cavabdeh olmaq istəmirsə və ya məsuliyyət daşıya bilmirsə, o, bu kateqoriyalara bərabər tutulmalıdır. Yalnız bu yolla cəmiyyətimizin sağlam inkişafını və uşaqlarımızın gələcəyini təmin edən mənfi tendensiyaları aradan qaldıra bilərik.

 

Müəllif: Famil Ələkbərov

Redaktə: Fəxri Qocayev





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Aprel şəhidimiz Fəxrəddin Qurbanlı
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X