1. MARAQLI

Tomas Edisonun oğurladığı böyük ixtiralar

Tomas Edisonun oğurladığı böyük ixtiralar

Tomas Edisonun oğurladığı böyük ixtiralar

Ens.az bildirir ki, dünyanın hər yerində məktəblər Tomas Edisonun indiyə qədər yaşamış ən böyük ixtiraçılardan biri olduğunu öyrədirlər. Əlbəttə ki, onun bir sıra ən təsirli texnologiyalar yaratdığını və ixtiraları üçün 1000-dən çox patent qeydiyyatdan keçirdiyini inkar etmək olmaz. Ancaq reallıq budur ki, Edison digər insanların ixtiralarını mənimsəməkdən ötrü hər şeyi etməyə qadir idi.

Tomas Edisonun oğurladığı ixtiraların bir neçə nümunəsini təqdim edirik.

Flüoroskop

Rentgen tədqiqatlarını aparmağa imkan verən flüroskopun ixtisasını Edisonun adına çıxırlar. Əlbəttə ki, rentgen şüalarının aşkarlanması tibb üçün çox böyük bir addım idi və bu cihazların yayılması Edisonun rifahını xeyli artırdı. Ancaq məsələ ondadır ki, insanın sümüklərini belə görə biləcəyiniz cihazın əsl ixtiraçısı alman alimi Vilhelm Konrad Rentgen idi.

Vilhelm Rentgen və ilk rentgen

Edison flüoroskopunun ortaya çıxmasından bir neçə il əvvəl O, ilk dəfə həyat yoldaşının əlinin rentgenini çəkmişdi. Edison bunu heç vaxt etiraf etmirdi, lakin rentgen ixtirası sayəsində maddi vəziyyətini əhəmiyyətli dərəcədə artırdı.

Fonoqraf

Edison tərədindən təqdim təklif edilən digər konsepsiya, insanların və digər səsləri yazmaq üçün nəzərdə tutulan cihazın ixtirasıdır.

Fransız mətbəəçisi və kitab satıcısı Edvard-Leon Skott de Martinvill fonoqrafını Edisonun 1877-ci ildə icad etməsindən 15 il əvvəl yaratmışdır.

Eduard Leon Skott de Martinvill və onun fonoqrafı.

Edison bazara yeni cihazını təqdim edərkən heç Martinvill-in adını belə çəkmədi.

Kinetoqraf

Edison haqqında ən "çirkli" əhvalat isə kinonun yaranma tarixi ilə bağlıdır. Tomas Edison kinetoqrafın ixtiraçısı kimi məşhurdur. Ancaq fransız ixtiraçısı Lui Leprensin Edisondan iki il əvvəl bunu etdiyini iddia etmək olar.

Məsələ belə idi ki, bu perspektivli texnologiyaya ilk patent alan şəxs böyük var-dövlətə sahib olacaqdı. 1890-cı ildə Leprens xronofotoqrafını patentləşdirmək məqsədilə İngiltərəyə yola düşdü ki, bunun ardınc ixtirasını ABŞ-da tanıtmağa başlasın. 1890-cı ilin 13 sentyabrında o qatara mindi və bir daha onu heç kəs görmədi. İxtiraçı ilə birlikdə çemodanı da yoxa çıxdı. Patentin kimə məxsus olduğunu təxmin edirsiz, yəqin.

Vest Oranj Muzeyindəki kinetoqraf, Nyu Jersi. 19 mm-lik üfüqi gedişlə və yuvarlaq kadrlı kino plyonkasının ilk variantı.

Ancaq Leprens ailəsi aparatı patentləşdirmək üçün cəhdlərini davam etdirdilər. Lakin 1902-ci ildə Leprensin böyük oğlu patent iddiası ilə Edisona qarşı ifadə verdikdən sonra ixtiraçının varisi naməlum şəxs tərəfindən güllələndi. Cinayətin üstü isə açılmadı.

Bəlkə də Tomas Edison Leprensin yoxa çaxmağında və ixtirasının itirilməsində iştirak etməmişdi, amma etiraf etməliyik ki, bütün bu baş verənlər, olduqca dumanlı və şübhəli görünür.

Tomas Edison - Video Pirat

Corc Meles-in "Aya səyahət" filmi Londonda hit olandan sonra Edison onun bir nüsxəsini əldə edə bildi. Daha sonra lentin daha bir neçə nüsxəsini Amerikaya apardı. Orada onları prokata buraxaraq böyük miqdarda gəlir əldə etdi. Təbii ki, bunun müqabilində Melesə bir qəpik də vermədi.

Corc Meles "Aya səyahət" filmindən çəkilib

Meles filmini nümayiş etdirmək üçün ABŞ-a gələndə "Aya səyahət" filmini artıq hamı görmüşdü. Beləliklə, Meles böyük maliyyə itkisi ilə üzləşdi, bu da sonradan onun iflasına birbaşa təsir etdi.

Şübhəsiz ki, Edison görkəmli bir şəxsiyyət idi və onun 1000-dən çox "ixtirasının" bəziləri həyatımıza çox təsir etdi, lakin bu adam onu ​​Qərbdə adlandırdıqları kimi "ixtiraçıların və elm adamlarının himayəçisi" deyildi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR